Ramin Azəri cümə axşamı İRNA müxbirinə açıqlamasında deyib: “Təxminən səkkiz illik fasilədən sonra ümrə həcci üçün uçuşlar İranın Merac Hava Yolları vasitəsilə Təbriz Hava Limanından həyata keçiriləcək. Elan edilmiş cədvələ əsasən, ilk reys dekabrın 23-də şənbə günü saat 17:00-da Təbriz Beynəlxalq Hava Limanından Mədinəyə yola düşəcək.”
O, ümrə reyslərinin tutumunun hər uçuş üçün təxminən 260 zəvvar olduğunu açıqlayaraq deyib: “Bu uçuşlar 600-A 300 model təyyarə ilə Mədinə və Ciddə şəhərləri olmaqla iki istiqamətdə davamlı olaraq həyata keçiriləcək.”
Sizin rəyiniz